Вraziliyanın “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin Kolumbiyanın Medelin şəhərinin yaxınlığında qəzaya uğramasından sonra şok məlumat yayılıb.
Sportal.az xəbər verir ki, Karlinyos adlı ekstrasens 8 ay əvvəl qatıldığı verilişlərin birində Braziliyanın futbol klublarından birinin təyyarə qəzası zamanı məhv olacağını söyləmişdi.
2016-cı ilin mart ayında ekstrasens bu sözləri söyləmişdi: “Braziliyanın bir futbol klubu təyyarə qəzasına uğrayacaq və komanda üzvləri həlak olacaqlar. Bu dediyim 1-1,5 il ərzində olacaq”.
54 yaşlı Xose Ferreyra dos Santos (Karlinyos) DÇ-2014-dən əvvəl mundialda Braziliyanın Almaniyaya 1:7 hesabı ilə məğlub olacağını və Neymarın turniri zədə səsəbindən yarımçıq tərk edəcəyini söyləyərək adından söz etdirmişdi.
Qeyd edək ki, “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin Kolumbiyanın Medelin şəhərinin yaxınlığında qəzaya uğrayıb və hava gəmisində olan 81 nəfərdən 77-si dünyasını dəyişib.
saytlarin hazirlanmasi