Məşhur braziliyalı ektrasens Karlinyos növbəti təxmini ilə hər kəsi çaşdırıb. O, məşhur çilili futbolçunun dünyasını dəyişəcəyini söyləyib.
Sportal.az xəbər verir ki, braziliyalı “Chilevision”a açıqlamasında bunları bildirib:
“Çox məşhur çilili futbolçu 2018-ci il dünya çempionatından öncə vəfat edəcək. Əgər Çili DÇ-2018-ə vəsiqə əldə etsə, həmin oyunçu turnirə yollanmayacaq”.
Ad açıqlamayan Karlinyos sözlərinə belə davam edib: “Çox məşhurdur, legioner həyatı yaşayır. Çili üçün əfsanə statusunu daşıyır. Ailəsində də problemlər başlayacaq. Amma indi problemlər başlamayıb”.
Karlinyosun bu şok açıqlaması Cənubi Amerika mətbuatını bir-birinə vurub. Mətbuatda daha çox Aleksis Sançes, Arturo Vidal və Klaudio Bravonun adları çəkilir.
Qeyd edək ki, Karlinyos 8 ay əvvəl qatıldığı verilişlərin birində Braziliyanın “Şapekoense” klubunun təyyarə qəzası zamanı məhv olacağını söyləmişdi. 2016-cı ilin mart ayında ekstrasens bu sözləri söyləmişdi: “Braziliyanın bir futbol klubu təyyarə qəzasına uğrayacaq və komanda üzvləri həlak olacaqlar. Bu dediyim 1-1,5 il ərzində olacaq”.
54 yaşlı Xose Ferreyra dos Santos (Karlinyos) DÇ-2014-dən əvvəl mundialda Braziliyanın Almaniyaya 1:7 hesabı ilə məğlub olacağını və Neymarın turniri zədə səsəbindən yarımçıq tərk edəcəyini söyləyərək adından söz etdirmişdi.