Sportal.az qeyri-adi səbəblərdən baş tutmayan transferləri təqdim edir:
Zlatan İbrahimoviç - “Arsenal”ın baş məşqçisi Arsen Venger 2000-ci ildə “Malmö”dən İbrahimoviçi komandasına baxışa dəvət edir. İsveçli ulduz bu haqda belə bildirib: “Məni "Arsenal"a baxışa dəvət etdilər. 9 nömrəli formam da hazır idi. Lakin mən "Zlatan baxışa getməz” - dedim və təklifi rədd etdim.
Kristofer Samba – 2015-ci ilin yay transfer pəncərəsində “Trabzonspor” “Dinamo” Moskvanın 31 yaşlı müdafiəçisi Sambanın transferində razılığa gəlsə də komandaya yeni təyin olunan baş məşqçi Şota Arveladze “Mənə müdafiəçi lazımdır, boksçu yox. Samba Mayk Taysona bənzəyir” deyərək bu transferin baş tutmasına əngəl olub.
Emmanuel Adebayor – 2015-ci ildə “Tottenhem”də əsas heyətə düşə bilməyən toqolu forvard “Aston Villa”dan transfer təklifi alır. Ancaq hücumçu “Transfer olmaq üçün Tanrıdan soruşmalıyam. Cavab almasam, bu transfer baş tuta bilməz” deyərək təklifi qəbul etmir.
Loik Remi – Ötən il qış transfer pəncərəsində “Lester Siti” “Çelsi” ilə Loik Reminin icarəyə götürmək üçün razılığa gəlmişdi. Transfer pəncərəsinin son saatlarında Fransada olan Remi tibbi müayinədən keçərək müqavilə imzalamaq üçün İngiltərəyə yola düşmək istəsə də, güclü külək İngiltərəyə uçuşlar bir neçə saatlıq təxirə salınır. “Lester Siti” “Lion”a helikopter göndərmək istəsə də əlverişsiz hava şəraiti buna da mane oldu və bu keçid baş tutmadı.
Ali Sissoko – 2009-cu ilin qış transfer pəncərəsində “Milan” “Portu”nun müdafiəçisi Sissokonu transfer etmək üzrə idi. “Portu” 6 ay əvvəl “Setubal”dan 300 min avroya transfer etdiyi müdafiəçini “Milan”a 15 milyon avroya satmağa hazırlaşırdı. Tibbi müayinədən keçən Sissokonun dişlərində problemlər aşkar olundu və “Milan” bu transferi daha aşağı qiymətə salmaq istəsə də “Portu” bu təklifi rədd edir.
Robert Levandovski - Hazırda “Bavariya”nın formasını geyinən Robert Levandovski 2010-cu ildə “Lex”də çıxış edərkən İngiltərə Premyer Liqasında mübarizə aparan “Bləkbörn”dən təklif alır. İngiltərəyə çağırılan Levandovski ora gedə bilmir. Bunun səbəbi isə həmin il İslandiyada baş vermiş vulkan səbəbindən o istiqamətdə təyyarə uçuşlarının təxirə salınması idi. “Bləkbörn”ə transferi baş tutmayan Levandovski “Borussiya” Dortmundla müqavilə imzalayır.
Xulio Rey – Portuqaliyalı yarımmüdafiəçi Rey 2015-ci ilin yay transfer pəncərəsində “Deportivo”ya transfer olmaq üzrə idi. Lakin bir “Deportivo” azarkeşi 2012-ci ildə Xulio Reyin “twitter” hesabından “Deportivo”ya aid təhqiredici statuslarını aşkar etdi və bu transfer son anda baş tutmadı.
Fabio Borini- 2014-cü ildə “Liverpul”un hücumçusu Fabio Borini “Sanderlend”in təklifinə sevgilisinin həmin şəhərdə yaşaya bilməyəcəyini əsas gətirərək rədd edir. Lakin 1 il sonra Borini “Sanderlend”lə müqavilə imzalamalı olur və çox xoşbəxt olduğunu bildirir.
Neymar – Hazırda “Barselona”nın ulduz futbolçusu olan Neymarı 2013-cü ildə “Mançester Siti” transfer etmək istəyirdi. “Daily Telegraph” qəzetinin məlumatına görə, gənc futbolçu İngiltərədə yağışın çox yağdığını əsas gətirir və palçıqlı meydanlarda futbol oynamaq istəmədiyini bildirir.
Mett Le Tisye – “Sauthempton”un əfsanəvi hücumçusu Tisye 1989-cu ildə “Tottenhem”ə keçməyə çox yaxın idi. Ancaq futbolçunun həyat yoldaşı Londonda yaşamaq istəmədiyi üçün bu transfer baş tutmur.
Roy Kin – 1993-cü ildə “Bləkbörn” “Nottingem Forest”in irlandiyalı futbolçusu Roy Kini transfer etmək üzrə idi. Daha sonra Kinin evinə zəng gəlir və “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson onu evinə dəvət edir. Kinlə bilyard oynayan Ferqyusson onu “Bləkbörn”ə transfer olmaq fikrindən yayındırır və futbolçu “Mançester Yunayted”ə transfer olur.
saytlarin hazirlanmasi