"Mançester Yunayted" hücumçusu Antoni Marsiyala görə onu transfer etdiyi "Monako"ya 10 milyon avro ödəyə bilər.
Sportal.az xəbər verir ki, 2015-ci ildə knyazlıq klubunu "Mançester Yunayted"ə dəyişən Marsiyalın müqaviləsindəki şərtlərə görə, futbolçu 25 qol vursa, "Monako"ya daha 10 milyon avro ödəniləcək.
Xatırladaq ki, gənc hücumçu FA kubokunda "Ridinq"lə matçda "Mançester Yunayted"də 23-cü qoluna imza atıb.
Qeyd edək ki, Marsiyalın transferi "Mançester Yunayted"ə 50 milyon avroya başa gəlmişdi.
saytlarin hazirlanmasi