Penalti vurmaq üstündə dalaşdılar - xəstəxanalıq oldular

12:58 - 16 Yanvar 2017

Avstriyada "Sankt Pelten" və "Mannsdorf" komandaları arasında baş tutan yoxlama oyununda qalmaqal yaşanıb. 

 

Sportal.az xəbər verir ki, "Sankt Pelten"in kapitanı Daniel Seqovia ilə komanda yoldaşı Alhassane Keyta arasında anlaşılmazlıq olub. Belə ki, futbolçular penalti vurmaq üstündə dava ediblər. Davada futbolçulardan birinin xəstəxanalıq olduğu bildirilir.

 

Yerli mətbuatda yer alan xəbərə görə, klub baş verən hadisəyə görə hər iki futbolçunu cəzalandıracaq.

 

Xəbər xətti