İti xərçəng xəstəliyinə tutuldu - klubundan ayrıldı

16:16 - 21 Yanvar 2017

Argentina millisinin sabiq üzvü Xuan Manuel Martinez ABŞ-ın "Real Sal Leyk" klubundan ayrılıb. 

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu xəstə olan itinə görə klubu tərk edib. Belə ki, futbolçunun iti bir müddət öncə xərçəng xəstəliyinə tutulub. Martinez də itinə qulluq etmək üçün klubundan ayrlıb və bir müddət futboldan kənar qalmağa qərar verib.

 

Qeyd edək ki, Argentina millisində 4 oyun keçirən və 1 qol vuran Martinez 2015-ci ildən "Real Salt Leyk"də top qovurdu.

 

Xəbər xətti