Bütün futbolçular komandasına olan sadiqliyinə görə azarkeşlər tərəfindən sevilir. Ancaq komandaya bağlılığı yaratmaq üçün real həyatın da rolu olur.
Sportal.az bu yazıda həyat yoldaşını aldadan futbolçuları yada salacaq:
1. Andrey Arşavin – Alisa Kasmina. Keçmiş yoldaşı – Yuliya Baranovskaya.
Rusiya futbol tarixinin istedadlı futbolçularından olan Andrey Arşavinin şəxsi həyatı Rusiya KİV-lərinin uzunmüddət diqqətində qalıb. London “Arsenal”ına transfer olunduqdan sonra jurnalistlər təkcə Andreyin futbolçu keyfiyyətləri ilə maraqlanmırdılar. Sarı mətbuat oyunçunun şəxsi həyatındaki gedişatı da işıqlandırmağa çalışırdı. Karyerasının nirvanasında ulduzu Premyer Liqada parlayan futbolçunun həyatı Londondaki xəbərlərlə gündəm mövzusu olmağa başladı. Arşavin haqda xəbərlərin əksriyyətində modellərlə olan macəralərı yazılırdı. Hər kəs istedadlı futbolçunun Londonda “pozulduğunu” düşünsə də, uzunmüddət Andreyin rəsmi həyat yoldaşı olan Yuliya Baranovskaya açıqlamarında bunu təkzib edib. Onun sözlərinə görə, Arşavin üç övladının anasını hələ Peterburqda olan vaxt aldadırmış. Təzminat, övladlarının aliment hüququ isə məhkəmə yolu ilə həllini tapmışdı.
2. Royston Drente – Malena Qrasiya, həyat yoldaşı – Deyzi
Roystonun dostları deyir ki, onun daxilində iki insan yaşayır: yaxşı və pis. Son zamanlarda futbolçunun pis tərəfi daha çox diqqət mərkəzində olub. İspaniyada olduğu zaman Drente qlamur jurnalların birinə verdiyi müsahibədə şəxsi seks həyatı haqda suala gülüşlə: “Siz yoldaşımı nəzərdə tutursuz?” cavabını vermişdi. Bu da əbəs yerə deyildi. Məlum olmuşdu ki, Drenteni həyat yoldaşı Deyzi futbolçunun ikinci övladına hamilə olduğu zaman aldadılırdı. Hollandiyalı oyunçu model Malena Qarsiyanı yoldaşına olan sədaqətindən üstün tutmuşdu.
3. Olivye Jiru – Seliya Key, yoldaşı Cennifer
Jirunun vəziyyəti bir başa futbolla da əlaqəlidi. Briyaniyanın sarı mətbuatı çox önəmli məsələni aşkara çıxarıb. Fransalı hücumçu komandasının “Kristal Pelas”la oyunundan öncə model Seliya Key ilə otel çıxışında kameranın obyektivinə tuş gəlmişdi. Bundan nəyinki Venqer, bütün Britaniya, eləcə də futbol dünyası xəbər tutmuşdu. Təcrübəli mütəxəssis bunun cəzası olaraq forvardı bir neçə oyunluq heyətdən uzaqlaşdırmışdı. Çıxılmaz vəziyyətdə qalan Jiru mediaya açıqlama verməyə məcbur qalmışdı. O durumun heç də göründüyü kimi olmadığını bildirmişdi (hərçənd foto tamamilə əksini deyirdi). Həyatından çətin dönəmlərdə olan Olivye həyat yoldaşı Cenniferin qəlbini ala bilib və onlar hələ də birlikdədi.
4. Frank Riberi – Zəhya Dekar, yoldaşı – Vahiba
Benzema və digər futbolçularla birlikdə Riberinin də olduğu Zəhya Dekar işi hələ də Fransa məhkəmələrində aktiv məsələdi. Məsələ ondadı ki, “yüngül tərbiyəli” qadınla əlaqə 2010-cu ildə olub və o zaman Zəhya yetkinlik yaşına çatmamışdı. Təəccüblü odur ki, Riberi bu hadisədən bir neçə il əvvəl əlcəzayirli həyat yoldaşı Vahibaya görə İslam dinini qəbul etmişdi və sevgisini hər kəsə göstərmişdi. Onların övladları dünyaya gəldi, ancaq bu da yalana mane ola bilmədi. Nəticədə Riberi səmimi etiraf etdi və onun ailə həyatı məhv olmadı.
5. Eşli Koul – Kolari Robinson, Bruk Hili, Eymi Uolton, keçmiş yoldaşı – Şeril
Göründüyü kimi Eşli Koulun yalanla dolu həyatı zəngindi. Ancaq Koul və Şeril cütlüyü Briytaniyada nümunəvi sevgi hekayəsindən sayılırdı. Qadın jurnalları bu ikilinin münasibəti haqda materiallar hazırlayırdı. Eşli və Şerilin sosial çəbəkələrdə fotoları da bunu təsdiqləyirdi. Lakin çox tez zamanda bu ideal münasibətə son qoyuldu. Şeril özü də şübhələnirdi, məsələ böyüyəndə isə ərinin “fərasəti” haqda jurnallarda, sarı mətbuatda məlumatlanan Şeril tezliklə Eşli ilə olan münasibətinə son qoydu. Evliliyi zamanı Koul bir neçə də yoldaşını aldatmışdı. Onun model, aktrisa və hətta stilistlə olan münasibətlərini sübut edən faktlar yayılmışdı.
6. Tyerri Anri – Sei Hulyett, yoldaşı – Kleyr Merri
Tyerri Anri də Barselonaya gəlişinə qədər nümunəvi həyat yoldaşı hesab olunurdu. Ancaq İspaniyada forvardın sədaqəti zəifləməyə başladı. Həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Az sonra məlum oldu ki, boşanmaya səbəb Anrinin stilist və vizajist Hulyettlə olan münasibəti olub. Anri bu xanımla fotosessiyaların birində tanış olmuşdu. Bu ayrılıq futbolçuya 10 milyon avroya başa gəlmişdi. Hulyettlə olan macərası da uzunömürlü olmamışdı. Anri diqqətini bosniyalı model Andreya Rayaçiçə cəmləmişdi ki, bunun da "nəticəsi" oldu. 2012-ci ildə model Anrinin övladını dünyaya gətirmişdi
7. Ueyn Runi – Cenifer Tompson, yoldaşı – Kolin
Ueyn və yoldaşı Kolin 17 yaşıdnan birlikdədi. İlk vaxtlarda o Runinin sevgilisi olmuşdu, sonra da həyat yoldaşı. Kolin Runinin övladının da anasıdı. Ancaq belə münasibətlərdə də “qırğın” olur. Qısa müddətdə internetdə mübahisəli video və fotolar yayılmışdı. Məlum oldu ki, yoldaşının hamilə vaxtında Runi tez-tez massaj salonlarını ziyarət edirdi və bu ərəfədə yoldaşını "yüngül tərbiyəli" Cennifer Tompson ilə aldatmışdı. Ueyn hər şeyi etiraf etdi və bağışlanmağı istədi. Kolin Runini bağışladı və qısa müddətdə cütlüyün ikinci övladı dünyaya gəldi. Tompson isə Runinin yoldaşından üzr istəyib. (Korner.az)