Çili millisinin ulduz futbolçusu Eduardo Varqas və meksikalı model Daniella Çaves arasında qalmaqal yaşanıb.
Sportal.az xəbər verir ki, model Meksikanın “Tiqres” klubunda çıxış edən Varqasın uğursuz çıxışını tənqid edib. O, sosial şəbəkədə 27 yaşlı hücumçunun yalnız milli komandasında yaxşı oynadığını bildirib.
Futbolçu isə “Yalnız çılpaq şəkillər paylaşmağı bilirsən. Bəs, niyə futboldan yazırsan?” - deyə Çavesə cavab verib.
Daniella da Varqasın bu cavabından sonra onu cinsi ayrıseçkilikdə günahlandırıb. Onların bu qalmaqalı ölkədə səs-küy yaradıb.
saytlarin hazirlanmasi