"Pasportumu tapana 400 avro mükafat verəcəyəm"

00:41 - 20 Fevral 2017

Buxarestin "Dinamo" yeni transferi Rivaldinyonun başına xoşagəlməz hadisə gəlib. 

 

Sportal.az xəbər verir ki, məşhur braziliyalı futbolçu Rivaldonun oğlu pasportunu itirib. 21 yaşlı futbolçu verdiyi açıqlamada pasportunu tapan və ona çatdıran şəxsə mükafat verəcəyini deyib:

 

"Pasportumu harda itirdiyimi bilmirəm. Ola bilər ki, taksidə qalıb. Amma həmin avtomobilin nömrəsini unutmuşam. Harda olsa, tapılacaq. Onu mənə çatdıran şəxsə 400 avro mükafat verəcəyəm". 

 

Qeyd edək ki, Rivaldinyo qış transfer dönəmində "Dinamo"ya transfer edilib. 

Xəbər xətti