"Real" futbolçusunun oynamadığı matça görə 40 min avro qazanacaq

17:55 - 2 Mart 2017

Müqavilə ilə "Real"a məxsus olan, icarə əsasında Hollandiyanın "Herenven" klubunda çıxış edən norveçli futbolçu Martin Edeqorun nümayiş etdirdiyi oyun ürəkaçan deyil.

 

Sportal.az xəbər verir ki, əsas heyətə düşə bilmədiyi üçün "Real"dan icarəyə göndərilən 18 yaşlı futbolçu  Hollandiyada da özünü yaxşı tərəfdən göstərə bilmir. Ancaq bütün bunlara baxmayaraq, o, "Herenven"in keçirdiyi bütün oyunlarda iştirak edir.

 

Buna səbəb futbolçunun müqaviləsində maraqlı bir bəndin yer almasıdır.  Belə ki, "El Konfidensial" qəzetində yer alan xəbərə görə, "Herenven" futbolçunu oynatmağa məcburdur. Əks halda, Edeqorun oynamadığı hər bir matça görə, Hollandiya klubu "Real"a 40 min avro ödəməlidir.  

 

Qeyd edək ki, Norveç millisinin üzvü "Real"a 16 yaşında "Stromsqodset" klubundan transfer edilmişdi. 

Xəbər xətti