"Barselona"nın və Türkiyə millisinin futbolçusu Arda Turan "Fanatik" nəşrinə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- PSJ ilə baş tutan unudulmaz oyun haqda təəssüratlarınızı bildirərdiniz...
- İlk oyunda zədəli idim və bu səbəbdən də oynamırdım, evdə bu qarşılaşmanı izləyirdim. Hamı bilir ki, “Barselona” ilə Çempionlar Liqasını qazanmaq istəyirəm. Başqa arzum yoxdu. Təbii ki, bütün tiitulları qazanmaq istəyirik, amma mənim gözüm Çempionlar Liqası kubokundan başqa heç nəyi görümür. İlk oyunda 0:4 hesabı ilə uduzduqdan sonra “instagram” hesabımda da paylaşım etdim ki, heç nə bitməyib. Rəy yazanlar arasında türklər də daxil olmaqla hamı həmin statusu ələ salırdı. Bir sözlə, nə axtarsan, var idi. Oyun çıxdıq və möcüzəni reallaşdırdıq. “Barselona” “Barselona”dır. Yəni, oyun, həyəcan, azarkeşlər... Baş məşqçi mənə fasilədə tapşırıqlar vermişdi. Nələr edəcəyimi izah etmişdi. Zədədən dönmüşdüm, 5 matç idi ki, oynamırdım. Hesab 3:1 bizim xeyrimizə idi və oyuna daxil oluram. Fikirləşdiyim şey isə bu idi: “3 qol da vura bilərik”. Təcrübəli futbolçu kimi komanda yoldaşlarımı meydanda motivasiya etdim. Taktiki cəhətdən güclü olan komandaya dəstək olduq. Bunu etmək asa deyil. Çünki 5 oyun sonra meydana daxil olurdum. Tarixi oyun və xilas etmək üçün həyəcanlısan... Eyni gücü vermək çətin idi. Mən, Roberto və Qomeş həmin günü bunu yaxşı bacardıq. Oyuna 65-ci dəqiqədə qoşulmuşdum. Meydanda hamı hərəkət edirdi. Suares, Messi, Neymar daim hərəkətdə idi. 87-ci dəqiqədən sonra itirəcək heç nəyimiz qalmamışdı. Neymarın qolundan sonra topu mərkəz xəttə gətirdik, heç qol sevincini qeyd etmədik də. PSJ kimi komandaya 6 qol vurmaq çətin məsələdi. 5-ci qoldan sonra düşündüm ki, bu işi həll etmək mümkündü. PSJ-yə görə heç üzülmədim. Çünki ilk oyundan sonra bəzi oyunçuları bizə qarşı müxtəlif əl jestləri etmişdilər. Biz də onlarla əyləndik.
- Unutmadığınız qol ötürməsi hansıdı?
- Hollandiya ilə matçda Oğuzxan Özyaquba ötürdüyüm qol ötürməsini unuda bilmirəm. Asan görünür, amma həmin anda o ötürmə o qədər çətin idi ki...
- Unutmadığınız qol hansıdı?
- İsveçrəyə 2008-ci ildə vurduğum qol əhəmiyyətli idi. 2008-ci ilin qırılma anı idi. Qazaxıstana vurduğum qolu da unutmuram. Çünki o qoldan sonra AÇ-2016-ya gedəcəyimizi düşünürdüm, amma belə də düşünmürdüm (gülür).
- Ən sevdiyiniz film hansıdı?
- “Gladiator” filmini çox sevirəm. “The Shawshank Redemption”, “Rocky”, “Forrest Gump”, “Hababam sinfi”... Gördüyümü izləyirəm.
- Ən sevdiyiniz maşın markası hansıdır?
- “Aston Martin”. Çox sevirəm, heyranam.
- Qarajınızda “Ferrari” də var...
- “Ferrari” çox gözəl maşındır, amma onu çox az sürürəm (gülür).
- Qəhvəni yoxsa çayı xoşlayırsız?
- Problem deyil. Çay varsa, içəcəm. Bəzən qəhvə içirəm. Amma çay varsa, imtina edə bilmərəm. Suareslə Messi də elədi. Səyahətdə olanda, əllərində hər zaman çay olur.
- Futbolçu olmasaydız, hansı peşəyə sahib olacaqdız?
- Uşaq vaxtı pilot olmağı çox istəyirdim. Bir də siyasətçi olmağı arzulayırıdm (gülür). Ürəyimdəkiləri deyirəm.
- El-Klasiko yoxsa “Qalatasaray” – “Fənərbağça” derbisi?
- El-Klasikoda peşəkar kimi çıxış edirəm. “Qalatasaray” – “Fənərbağça” derbisində isə azarkeşəm. Ancaq mübahisəsiz El-Klasiko.
- Unutmadığınız oyun?
- Çempionalr Liqasının final oyunu. Oynamamaışam, amma unutmuram. Deməli, belə lazımdı.
- Futbolda kumiriniz kimdi?
- Andres İnyesta. Yaxından tanıdıqdan sonra bu, daha da artdı.
- Layiq olduğunuz hörməti görürsünüz?
- Hər yerdə Arda Turan var deyirlər. Təbii ki, mən olacam. Yüzillik tarixə baxsınlar, neçə Arda Turan var?! Arda Turan kimisi 100 ildə bir dəfə gəlir. Ötən il İstanbula gələndə qaldığım günün sayı 8-i keçməmişdi. Mən heç kimdən qaçmamışam. Maqazin proqramına, sayta, qəzetə, siyasi mətbuata belə danışmışam. İstədiyim isə layiq olduğum hörməti görməkdi. Çünki mən ölkənin dəyəri olaraq hörmət göstərirəm. Mən buralardan gedəndən sonra baxarıq “Barselona” və “Atletiko”ya neçə oyunçumuz gedəcək. Ölkənin gənc övladların örnək göstəriliksə, buna hörmət qoyulmalıdı. Bu gün dünyanın ən vacib, tarixi və unudulmaz oyununun kritik anından bəlkə də, “xilasedici” kimi meydana daxil oluram. Amma yazırlar ki, 6:1 hesabı ilə başa çatan görüşdə nə etdin? Necə yəni nə etdim? Sən hansı gözlə baxırsan oyuna? Bu nə baxışdı? Yaxşını deyil, pisi çox gözəl görürük. Anlatmaq istədiyim budur. Tənqid çox gözəl şeydir. Amma yaxşısını və gözəlini də görmək vacibdir.
- Arda Turan olaraq ulduz həyatı yaşamaq necədi? Bunun mənfi cəhətləri varmı?
- Mənfi cəhətləri odur ki, çox göz önündə olursuz. Haqqında xəbərlər çox yazılır. Mənim işim meydanda top qovmadır. Kənarda görünən kimi deyirlər: “Arda yenə hər yerdə”. Ötən həftə mal-mülküm və əmlakım haqda yazmışdılar. Nə qədər ayıb bir işdir bu...
- AÇ-2016-dan sonra milli komanda ilə yaşadıqlarınız haqda danışa bilərsiz?
- Millidə yaşadıqlarımı hələ də xatırlayıram. İspaniya və Xorvatiyaya uduzduqdan sonra “hər şey bitməyib” deyəndə fitə basılırdıq. Bu haqda yenidən danışanda da tənqidlər olur. Axı bu düzgün deyil. Ötən günlərdə Karles Puyolla xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlarla futbol oynadıq. Hamı idmanla məşğuldur, salonlarda hər kəs çalışır. Gündüz saatlarında Türkiyədə məşq mərkəzlərinin birinə daxil olun və görəcəksiz ki, bom-boşdu. Fərq budur. Nə idman mədəniyyətimiz var, nə də idmanı sevmək mədəniyyəti.
- Uğuru olan insanları sevmirlər?
- Biz sevmək mədəniyyətindən uzaq qalmışıq. Sevə bilmirik. Sən bir jurnalist kimi uğurlu olsan, səni sevməyəcəyik. Əmrə Çolakı Türkiyədə ancaq tənqid edirdilər, yerdən-yerə vurudular. İndi İspaniyada aslan kimi oynayır. İlk oyunda göstərdi özünü. “Deportivo”da nələr etdiyinə baxın. Həyatda qazandıqlarım üçün hər zaman şükr edirəm. Bunları asan əldə etməmişəm. Çətinlikləri yaşamasaq, nə olduğunu bilmərik.
- Artıq uzun illərdik ki, üst səviyyədə oynayırsız...
- Mən 10-12 mövsümdür - 18 yaşımdan üst səviyyədəyəm. “Qalatasaray”, “Atletiko” və “Barselona”... Bura milli komandanı da daxil edirəm. Mən çalışmaqdan başqa bir şey bilmirəm. Cem Yılmazın bir sözü çox xoşuma gəlir. Gənclərə də nümunə olsun. Deyir ki, mənim tanıdığım uğurlu insanların bir ortaq nöqtəsi var: çalışmaq, çalışmaq və çalışmaq. İnsanlar elə bilir ki, hər gün gəzib, yeyib-içib, kef çəkirik. Əgər mən çalışmasaydım, bu gün bu yerdə ola bilərdim? Kimsə demir ki, bunu al, qoy cibinə. Hər şeyi özün əldə etməlisən. Nə qazanmışıqsa, çalışaraq etmişik.