Almaniya II Bundesliqasında liderlik uğrunda mübarizə aparan “Hannover” klubunun rəhbərliyi futbolçuları motivasiya etmək üçün maraqlı üsuldan istifadə edir.
Sportal.az xəbər verir ki, klub rəhbərliyi tanınmış hollandiyalı futbolçu Rafael van de Vartın keçmiş həyat yoldaşı Silvie van der Vartın maketini oyunçuların soyunub-geyinmə otağına yerləşdirib.
Belə ki, futbolçular xal qazandıqları oyundan sonra tanınmış modelin maketinin paltarlarını çıxarırlar və belədə yüksək əhval-ruhiyyədə olurlar.
saytlarin hazirlanmasi