“Barselona”nın ulduz futbolçusu Lionel Messiyə bənzərliyilə məşhurlaşan iranlı Reza Parasteş həbs olunub.
Sportal.az xəbər verir ki, iranlı tələbə Messiyə bənzəməsinin güdazına gedib. Parasteş Həmədan şəhərində Messi fanatlarının diqqət mərkəzinə düşüb. Messinin pərəstişkarları ona bir xeyli bənzəyən gəncə böyük diqqət göstərərək, onunla şəkil çəkdirmək üçün növbəyə durublar. Polis isə “Messi”ni asayişi pozduğuna görə həbs edib.
Qısa müddət həbsdə saxlanılan Reza, sonra azad olunub.
saytlarin hazirlanmasi