3 il əvvəl yol rəngləyən futbolçu indi "Mançester Siti"də oynayır FOTOLAR

15:15 - 30 May 2017

Hazırda "Mançester Siti"nin heyətində forma geyinən braziliyalı futbolçu Qabriel Jezusun maraqlı fotosu ortaya çıxıb.

 

Sportal.az xəbər verir ki, şəkillər 2014-cü ildə, Jezusun vətəni Braziliyada keçirilən dünya çempionatı ərəfəsində çəkilib. Şəkillərdə gənc hücumçunun 17 yaşı var və o, yol kənarındakı səkiləri rəngləməklə məşğuldur.

 

Həmin vaxt Qabriel Jezus “Palmeyras”ın gənclərdən ibarət komandasında çıxış edirdi. Bu gün isə o, dünyaca məşhur “Manşester Siti”nin əsas komandasının üzvüdür. Jezus 2016-cı ilin yayında “Mançester Siti” ilə 5 illik müqavilə bağlayıb. 2017-ci ilin yanvarında isə ingilislər onu yeni oyunçuları kimi rəsmən ictimaiyyətə təqdim ediblər. Jezusun transferi üçün onun klubu “Palmeyras”a 32 milyon avro ödənilib.

 

Qeyd edək ki, Jezus 2010-cu ildə "Anhanguera" klubunda futbolun sirlərini öyrənməyə başlayıb.

 

Image may contain: 1 person, shoes and outdoor

Xəbər xətti