Sabah Çempionlar Liqasında 2016/17 mövsümünün qalibi müəyyənləşəcək. Həlledici qarşılaşmada "Yuventus" və "Real" qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan matçdan öncə maraqlı addım atıb. Fransalı mütəxəssis futbolçuları oyuna motivasiya etmək üçün onlara "300 Spartalı" filmini izləmələrini istəyib.
Filmdə Leonidin başçılığı altında 300 spartalının çoxsaylı fars qoşunuyla baş verən Fermopil tarixi döyüşü əks olunur.
Bu döyüş üçün yunan əsgərləri 10 min qoşun toplamışdı. 300 nəfərlik dəstəyə isə Leonid başçılıq edirdi. Leonidə Fermopil keçidi tapşırılmışdı.
Filmdə Leonid və 300 spartalının qəhrmanlıqla vuruşmasından bəhs edilir. Leonid və 300 spartalı böyük orduya qarşı dar keçiddə mübarizə aparıb. Döyüşdə farslar çoxsaylı itki verib. Buna baxmayaraq, döyüşdə qalib gəliblər. Farslar keçiddən keçərək, Yunanıstana daxil olmuşdular.
"Yuventus" - "Real" görüşü sabah Uelsin paytaxtı Kardiff şəhərində yerlşən "Millenium" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi