"Differdanj"ın futbolçuları iş yerlərindən icazə alaraq Bakıya gəldilər

16:07 - 28 İyun 2017

Avropa Liqasının ilk mərhələsində “Zirə”nin rəqibi olan “Differdanj” Bakıdadır.

 

Sportal.az xəbər verir ki, Lüksemburq təmsilçisi Bakıya çarter reysi ilə gəlməyib. Rəqib komanda avtobusla Lüksemburqdan Almaniyanın Düsseldorf şəhərinə, oradan isə təyyarə ilə İstanbula, daha sonra isə İstanbuldan isə Bakıya gəliblər

 

Lüksemburq mətbuatının yazdığına görə, komandanın müdafiəçisi Tom Zibaneler və yarımmüdafiəçi Qonsalo Almeyda zədəli olduğu üçün “Zirə” ilə ilk matçı buraxacaqlar.

 

Məlumatda həmçinin qeyd edilir ki, "Differdanj"ın əsas heyət üzvləri sayılan Yannik Bastos və Cofri Franzoni Bakıya gəlmək üçün əsas iş yerlərindən icazə alıblar. Franzoni icazəli günün əvəzinə, şənbə günü işləməyi öhdəsinə götürüb və onun Bakıya gəlməsinə icazə verilib. 

 

"Zirə" - "Differdanj" matçı sabah saat 21:00-da keçiriləcək.

Xəbər xətti