Polis millinin futbolçusu oldu

18:33 - 5 İyul 2017

Qanada polis işləyən Samuel Sarfo ötən illərdə mühafizəçisi olduğu milli komandanın futbolçusuna çevrilib.

 

Sportal.az xəbər verir ki, o, artıq ABŞ-la baş tutan yoxlama oyununda millinin heyətində debüt edib. Sarfa 81-ci dəqiqədə meydana çıxıb və mərkəz müdafiəçisi mövqeyində oynayıb.

 

26 yaşlı futbolçu arzularının çin olduğunu bildirib. Milli komandaya çağırılsa da, polis karyerasını davam etdirən Samuelin arzusu peşəkar fubolçu olmaqdı.

 

Sarfo komandanın futbolçuları ilə birlikdə böyüdüyünü, milli üzvlərindən böyük dəstək gördüyünü, xüsusilə, kapitan Asamoah Qyanın onu daim məşqə qoşulmağa dəvət etdiyini söyləyib.

Xəbər xətti