Çempionlar Liqasında Makedoniyanı təmsil edən "Vardar"ın yeni transferi Floren Osmani klubla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı oyunçu qərarını dini etiqadı ilə əlaqələndirib. Skopye təmsilçisinin loqosunda xaç işarəsi olduğundan Osmani onun əks olunduğu formanı geyinmək istəməyib. Hücumçu məsələyə belə münasibət bildirib:
"Bu loqonu dini səbəblərə görə daşıya bilmərəm. Komandada oynamaq istəsəm də, emblemi daşımaq fikrində deyiləm. Loqonun xaç olan hissəsini bağlamaq istədim, amma təklifimi qəbul etmədilər. Dinim mənim üçün əsasdır. Buna görə klubdan ayrılmaq qərarına gəldim".
Qeyd edək ki, Osmani əslən kosovoludur.
saytlarin hazirlanmasi