“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo UEFA Super Kuboku uğrunda oyunda "Real"a məğlubiyyətdən (1:2) sonra ona təqdim edilən medalı hədiyyə verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis mükafatlandırma mərasimi zamanı tribunaya yaxınlaşaraq, medalını “Mançester Yunayted”in azyaşlı azarkeşinə verib.
O, matçdan sonra təşkil edilən mətbuat konfransında bildirib ki, mükafatlar onun üçün heç bir əhəmiyyət kəsb etmir.
saytlarin hazirlanmasi