Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib.
- Hellideyin epizodunda oyundankənar vəziyyət var idi?
- Hellideyin fərqləndiyi epizodda əmin idim ki, oyundankənar vəziyyət yox idi. Biz oturduğumuz yerdən elə görünürdü.
- Cavid Hüseynovun zədəsi nə yerdədi?
- Ondan soruşdum. Qorxdu ki, nəsə ciddi bir şey ola bilər. Ona görə də vaxtında əvəzlədim.
- “Sumqayıt”la oyundan sonra da hakimləri tənqid etmişdiniz. Düşünmürsünüz ki, Fariz Nəcəfovun AFFA rəhbərliyini tənqidi əks təsir edir?
- Burda olduğum müddətdə həmişə deyəcəm, heç kimdən qorxmuram. Demirəm ki, hakimlər istəyərk edir. Amma əvvəlki illərdə səhvlər görmüşük deyə danışmalıyıq.
- Bugünkü hakimliyi necə dəyərləndirirsiniz?
- Skamyada ofsayt olmadığını görürük, amma hakimlər rahat yerdən epizodu görümür.
- İlk yarıda Dabodan narazı idiniz. Sizcə, soyuq başla düşündükdə ona qarşı haqsızlıq etdiyinizi düşünmürsünüz?
- İlk yarıdan soyuqqanlı idim. Kiməsə etiraz edirəmsə, bu mənim haqqımdı.
- Deyəsən hələ də yaş limitinə uyğun gələn oyunçunu tapa bilməmisiniz. Hər dəfə fərqli futbolçuları buraxırsınız...
- Əlimizin altında 5-6 gənc oyunçu var, onlara inanırıq. Hazırda istəyimizə Qismət Alıyev cavab verir, amma digərlərinə inanırıq.