Roman Qriqorçuk: "Futbolçuarım bu oyun uduzsaydılar, ölərdilər" MÜSAHİBƏ

20:37 - 14 Oktyabr 2017

Topaz Premyer Liqasının VIII turunda "Sumqayıt" "Qəbələ"ni qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1.

 

Sportal.az xəbər verir ki oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

 

- "Qarabağ"a rəqib kimi "Qəbələ"ni görürdük. Bu oyundan sonra onları çempionluq münasibəti ilə təbrik etmək olarmı?

- Mən hələ də düşünürəm ki, onların rəqibiyik. Çempionatdayıqsa, "Qarabağ"ın rəqibiyik.

 

- Son oyunlarda "Qəbələ" qol vurduqdan sonra müdafiəyə çəkilir. Bu nə ilə bağlıdır?

- Bu taktika deyil və rəqibin pressinqi də deyil. Bu sadəcə uşaqların məsuliyyətli olmasıdı. Oyundan öncə də görürdüm ki, futbolçularım necə məsuliyyətli yanaşırlar. Həm gərgin idilər, həm də istəkli idilər. Oyundan sonra oyunçulara dedim ki, bugünkü oyunda digər komandaların yerində olduq. Biz daha çox təkqapı oynayırdıq, ancaq bu dəfə əks tərəfdə idik. Rəqib hücum edirdi, lakin xalı biz qazandıq. Bu gün oynadığımız kimi həmişə oynamaq istəmirik. 

 

- "Qarabağ"la oyun üçün digər sürpriz gözləmək olarmı?

- Bu gün dəyişiklər oldu, ancaq öz futbolçularımızla bağlı idi. Oyundan öncə, ilk hissədə və ikinci hissədə hər şey fərqli görünürdü. Dəyişiklər zədəli oyunçularla bağlı idi. Nəticədə qələbə qazandıq və lazımlı xalı qazandıq. Mən hələ futbolçularımın belə gərgin olmasını görməmişdim. Son 15 ildə birinci dəfə görürəm ki, futbolçularımız daha çox istəkli idilər. Bu oyun uduzsaydılar, ölərdilər.

 

- Rəqibin hesabı bərabərləşdirəcəyinə dair qorxunuz yox idi ki?

- Nədənsə qorxmaq... Mən futbolda baş verən heç nədən qorxmuram. Bu gün lazım olan şeylər oldu. Bu gün hamımız öyrəşmədiyimiz mənzərə gördük. Əlavə edərdim ki, əlbəttə, mənzərə fərqli ola bilərdi, əgər biz səhvləri düzəltsəydik. Bunları etsəydik, tamam fərqli oyun görərdik. Mən öz komandamı ürəkdən təbrik edirəm. Çox razıyam və onlar qələbə üçün ölməyə hazır idilər. 

Xəbər xətti