Stiven Jozef-Monroz: "Bu, ailəmizdə olan problem idi" MÜSAHİBƏ

11:39 - 15 Oktyabr 2017

"Qəbələ”nin futbolçusu Stiven Jozef-Monroz Topaz Premyer Liqasının VIII turunda səfərdə "Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra brifinq keçirib.

 

Sportal.az xəbər verir ki, fransalı hücumçu jurnalistlərin suallarını cavablandırıb

 

- "Qəbələ”nin bugünkü oyunundan razı qaldınız?
- Əsas olan qələbə idi. Sumqayıtda oynamaq çətindi. Buna baxmayaraq, səfərdən 3 xalla dönürük.

- Mütəxəssislər komandanızın hazırda göstərdiyi oyunun çempion olmağa ümid vermdəyini sayır. Bununla razısınız?
- Necə olacağını əvvəldən demək olmaz. "Qəbələ” ötən mövsüm 1-ci yerdə getsə də, sonda çempion ola bilmədi. İndi də uğurlu nəticə üşün əlimizdən gələni edirik, öz oyunumuzu oynayırıq. 

 

- "Neftçi” ilə oyundan dərhal sonra komanda yoldaşınla Ruslan Qurbanovla aranızda baş verən insident barədə nə deyə bilərsiniz? Həmin olaydam sonra nə dəyişib?
- Bu məsələnin öz aramızda qalmasını üstün tuturam. Bu, ailəmizdə olan problem idi. İndi hər şey yaxşıdı.

 

- Klub rəhbərliyinin bu hadisəyə görə sizi 10 min dollar cərimələməsi doğrudu?

- Belə suallara cavab vermirəm. Cərimə mənə heç bir xəbər gəlməyib.

 

- Çempionluq yolunda əsas rəqibiniz "Qarabağ”ın "Atletiko” ilə oyununu tribunadan izləyəcəksən?
- Həmin vaxt Qəbələdə olacağıq. Oyuna gəlib-gəlməyəcəyimizi bilmirəm. "Qarabağ" Azərbaycanın komandasıdır, bol şans, uğurlar diləyirəm.

 

- Fransa yığmasında oynamısan. "Atletiko”nun futbolçusu olan həmyerliniz Antuan Qrizmannla münasibətin var?
- Fransa millisinindən bəzi oyunçuları tanıyıram. Hərənin öz həyatı var. Bu, sadəcə tanışlıqdır.

Xəbər xətti