Roman Qriqorçuk: "Komandanın daha yaxşı olması üzərində fikiləşirik"

21:09 - 22 Oktyabr 2017

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ" doğma meydanında "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis ilk olaraq qarşılaşma haqda fikirlərini söyləyib:

- Çox yaxşı oynadıq. Sevincliyik, qalib gəlmişik nəticədən razıyıq.

 

- İki oyundu ki, əks-hücumlara bel bağlayırsınız. "Sumqayıt"la matça baxanda bu gün daha parlaq oyun sərgilədiniz. Bundan sonra komandanızın bu taktika ilə oynayacağını düşünmək olar? 

- Oyunumuzu hücum üzərində qururuq. Əvvələr də bu cür çıxış edirdik. Sadəcə, həmin vaxt yaratdığımız şanslardan yararlana bilmirdik.

 

- İlk hissədə top komandanızda olsa da, fasilədən sonra “Qarabağ” oyuna nəzarət etməyə başladı. Bu, nə ilə bağlı idi? 

- Elə oyunlar olub ki, çətinliklə xal qazanmışıq və vacib xallar itirmişik. Bu, yəqin ki, psixoloji məsələ idi. Hesabda irəli olduğun halda psixoloji cəhətdən güclü olmalısan. Bunun üçün ardıcıl qələbələr qazanmalıyıq ki, problem həll olunsun. 

 

- İlqar Qurbanov və Filip Ozobiç nə zaman sıraya dönəcəklər?

- Onların hər ikisində sınıq var idi. Artıq məşqlərə başlayıblar. Qısa müddətdə komandaya qoşulacaqlar.

 

- Ötən mövsümün gedişində komandanız “Qarabağ”dan 6 xal öndə olsa da, sonradan üstünlüyü əldən verdi. Bu mövsüm “Qəbələ” çempion olmaq gücündədimi?

- Bu barədə düşünmürəm. Mövsümün axırını fikirləşmək lazımsızdı. Növbəti oyunları düşünürük. Komandanın daha yaxşı olması üzərində fikiləşirik. (Futbol11.az)

Xəbər xətti