Roman Qriqorçuk: "Hakim penaltimizi vermədi" MÜSAHİBƏ

19:33 - 28 Oktyabr 2017

Topaz Premyer Liqasının 10-cu turunda səfərdə “Zirə”yə 1:2 hesabıyla uduzan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun oyundan sonra mətbuat konfransı təşkil edilib.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb:

 

- Niyə 10 nəfərlə oynayan “Qəbələ” 11 nəfərlə çıxış edən “Qəbələ”dən daha yaxşı çıxış etdi?
- Xal itirdiyimizə görə təəssüf edirəm. Birinci hissədə oynadığımız futbol bizim üçün dərs oldu. Gələcəkdə bundan dərs çıxaracağıq. “Qarabağ” üzərində qələbədən sonra tempi qoruyub saxlamalı idik. Ancaq olmadı.

 

- Hakimlik barədə nə deyə bilərsiz?
- Təəssüf edirəm ki, bu gün çox böyük hörmət etdiyim hakim bu cür oyun idarə etdi. Bir penaltimizi vermədi.

 

- Bəs Cavid Hüseynov barədə nə deyə bilərsiz? Kapitan olsa da, hesabda geridə olduğunuz zaman qırmızı vərəqə alaraq, komandanı çətin vəziyyətdə qoydu.
- Əlbəttə, yaxşı hal deyil. O, həm də kapitandı. Bu cür hallara yol verməməlidi. Mən Cavidi çox sevirəm. Ancaq onunla bu barədə söhbət edəcəm. Ümid edirəm ki, gələcəkdə bu cür hallar yaşanmayacaq.

 

- Hakimlikdən şikayət edirsiz. Təkcə problem hakimliklə bağlı idimi? Nəzərə alaq ki, “Qarabağ”la ev oyununda da sizin vurduğunuz qolda ofsayd şübhəsi var idi...
- Ofsayd adlandırdığınız epizodla bağlı sizinlə mübahisə etməyəcəm. Bu barədə hərəmizin öz fikri var. Bu gün isə Farizin idarəçiliyi məni doğrudan, təəssüfləndirdi.

 

- Azərbaycan millisinin baş məşqçisi olacağınızla bağlı iddialar var. Bu barədə nə deyə bilərsiz? Belə təklif olsa, razılaşarsız?
- İndi nə isə deyib, fikirləri qarışdırmaq istəmirəm. Məncə, mənim bu barədə fikir bildirməyim hörmətsizlik olar. Buna görə, bu barədə şərh verməyəcəm.

 

- İlk hissədə Dabonun oyunundan narazı qaldığınız görünürdü. Fasilədən sonra dərhal 3 əvəzetməyə əl atsaz da, onu meydanda saxladız. 
- Düzdü, Dabo birinci hissədə müəyyən səhvlər etdi. Məncə, psixoloji cəhətdən hazır deyildi. İlk dəqiqələrdə vurduğu top dirəkdən döndü. Məncə, bu epizod qolla nəticələnsəydi, o, tam fərqli ola bilərdi. (Komanda.az)

Xəbər xətti