“Qəbələ” Belarus klubuna 4 cavabsız qolla qalib gəldi

16:50 - 30 Oktyabr 2017

Litvanın paytaxtı Vilnüsdə keçirilən ənənəvi “Ateitis Cup” beynəlxalq turnirinə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə 11-12-ci yerlər uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Belarusun “İsloç” komandası ilə görüşüb. Ülfət Mədətovun yetirmələri bu qarşılaşmada böyükhesablı qələbə qazanıb – 4:0. Qolları Sərxan Mirzəzadə, Aslan Şirinov, Sahil Həsənov və Elmir Hüseynli vurub. 

 

Bu qələbə ilə “Qəbələ” turniri 11-ci pillədə başa vurub. Emil Süleymanov “Ateitis Cup”ın ən yaxşı yarımmüdafiəçisi mükafatına yiyələnib. Yarışın qalibi İtaliyanın “Atalanta” klubu olub. Litvanın Milli Futbol Akademiyası 2-ci, Latviya “Dauqavpils”i 3-cü yeri tutub.

 

Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində yerli “Vilnüs”ə 2:0 hesabı ilə qalib gəlib (Sərxan Mirzəzadə - 2), Latviyanın “Dauqavpils” komandasına 0:1 hesabı ilə uduzub, Finlandiya “Maski”si ilə 2:2 (Eşqin Əhmədli, Murad Ələkbərov), Belarus “Smena”sı ilə 0:0 hesablı heç-heçə edib. 9-12-ci yerlər uğrunda matçda isə komandamız Estoniya “Levadiya”sına 0:1 hesabı ilə uduzub.

Xəbər xətti