"Qəbələ"də Filip Ozobiç sevinci

18:28 - 8 Noyabr 2017

Topaz Premyer Liqasının 11-ci turunun noyabrın 4-də keçirilən “Səbail”lə oyunundan (3:1) sonra futbolçularına üçgünlük istirahət verən “Qəbələ” hazırlıqlara başlayıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün Bakıda bir araya gələrək məşq prosesinə start verib. Hazırlıqlarını paytaxtda gerçəkləşdirən komanda üzvləri öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmalar yerinə yetirib. 

 

Hazırlıq prosesində zədəli Rasim Ramaldanovla Stiven Monroz iştirak etməyib. Bir müddət hazırlıqlardan kənar qalan Filip Ozobiç də məşqlərə start verib. O, fərdi hazırlıqla kifayətlənib.

 

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda noyabrın 11-də “Zirə”, 12-də “Səbail”lə görüşəcək.

Xəbər xətti