Rusiya ilə yoxlama matçı üçün Moskvada olan Argentina yığmasının ulduzu Lionel Messi maraqlı vəziyyətlə rastlaşıb.
Sportal.az xəbər verir ki, hücumçu onunla oteldə selfi çəkdirən şəxsin kimliyini bilməyib.
Belə ki, “Zenit”in 15 milyon avvroya “River Pleyt”dən transfer etdiyi Sebastyan Driussini tanımayıb. Amma futbolçu özünü tanıtdıqdan sonra Messi buna görə pis olduğunu bildirib və həmyerlisindən üzr istəyib:
“Onun kim olduğunu əlbəttə, bilirəm. Amma həmin anda tanıya bilmədim. Toplanışlarda tez-tez qarşılaşdığımız kimi yenə hansısa azarkeşin şəkil çəkdirmək istədiyini zənn etdim. Kimliyini bildirəndən sonra pis oldum və buna görə də ondan üzr istədim”.
O, həmçinin Driussini şəxsən tanıdığını da deyib: “Onunla eyni döymə vuran adamın yanına getmişik. Driussini də şəxsən oradan tanıyıram. Amma otelin foyesində qarşılaşanda fikrim başqa yerdə idi. Bu səbəbdən tanıya bilmədim”.
Qeyd edək ki, öz “İnstaqram” səhifəsində şəkli paylaşan 21 yaşlı hücumçu “Kumirim... şəkil üçün təşəkkülər” sözlərini yazıb.
saytlarin hazirlanmasi