“Real”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo 4-cü dəfə ata olub.
Sportal.az xəbər verir ki, sevgilisi Georgina Rodriqesdən qız övladı dünyaya gəlib. Sosial şəbəkələrdəki hesabından bu haqda keçid paylaşan Ronaldo sevincini bölüşüb:
“Alana Martina doğuldu. Hazırda Georgina və Alana çox yaxşıdı. Hamımız xoşbəxtik”.
Qeyd edək ki, Ronaldonun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kristianonun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar.
saytlarin hazirlanmasi