Antalyada təlim-məşq toplanışında olan “Zirə” çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, sözügedən komanda bu gün biri səhər, digəri isə axşam olmaqla iki məşqə çıxıb. Günün ilk məşqində qəsəbə təmsilçisinin üzvləri əsasən texniki-taktiki hazırlığa üstünlük verib. “Qartallar” günün ikinci məşqində isə fərdi hazırlıqla kifayələnib.
Qeyd edək ki, paytaxt klubu Antalyada ilk yoxlama oyununu yanvarın 27-də keçirəcək. Təmsilçimizin rəqibi Rumıniyanın "Voluntari" klubu olacaq.
saytlarin hazirlanmasi