Antalyada təlim-məşq toplanışında olan “Zirə” çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda bu gün biri səhər, digəri isə axşam olmaqla iki məşqə çıxıb. Günün ilk çalışmalarında “Zirə” əsasən texniki-taktiki hazırlıqlara üstünlük verib. “Qartallar” günün ikinci məşqində isə fərdi hazırlıqlarla kifayələnib.
Qeyd edək ki, “Zirə” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu yanvarın 27-də Rumıniyanın yüksək liqa təmsilçisi "Voluntari"yə qarşı keçirəcək.
v
saytlarin hazirlanmasi