PSJ-nin və Braziliya millisinin ulduz futbolçusu Neymar bir zaman Moskva "Lokomotiv"inin qapısından dönüb.
Sportal.az xəbər verir ki, bu barədə Rusiya klubunun başqanı Nikolay Naumov məlumat verib. Prezident bildirib ki, ötən yay 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçən Neymarın 2009-cu ildə "Lokomotiv"ə transfer olmaq variantı olub:
"2009-cu ildə hücumçu axtarışında idik. Agentlər bizə Neymarı təklif etdilər. Ancaq "Santos" bu transfer üçün bizdən 12 milyon avro tələb etdi. Başqa qitədən olan və zəif, çəlimsiz görünən bir uşağa 12 milyon avro ödəmək istəmədik. Bu, bizim üçün böyük risk idi. Biz də öz yetirməmiz olan Alan Qataqova güvəndik".
Qeyd edək ki, 27 yaşlı Qataqov hazırda Estoniyanın "Tallin" klubunda çıxış edir.
saytlarin hazirlanmasi