Futbol Mükəmməlliyi və Ömür Boyu İştirak LAYİHƏ

21:54 - 27 Fevral 2018

Uzun Müddətli Futbolçu İnkişaf Modeli – Kanada, İrlandiya və İngiltərə nümunəsi

 

Dünyanın ən populyar idman növü olan futbol, demək olar ki, bütün ölkələrdə oynanılır. Sağlamlığa təşviq və inkişaf baxımından futbol çox uyğun bir idmandı. Futbol yüksək səviyyədə texniki bacarıq, qüvvət, çeviklik və dözümlülük kimi diqqətə alınası vacib olan fiziki xüsusiyyətlərə ehtiyac duyur. Çalışmalarda əldə edilən nəticələr futbolçuların performanslarının müəyyənləşdirilməsində önəmli rol oynayır. 

 

Fərqli ölkələrdə bununla bağlı futbolda çalışma qrupları fəaliyyət göstərir. Çalışma qrupu təməl olaraq idman bilikləri sahəsindəki araşdırmalarla yanaşı İngiltərə və İrlandiya kimi ölkələrdə yer alan futbolçu yüksəlişinə təsir edən proqramları müqayisə edərək Kanadada oyunçunun inkişafı üçün istənilən model olaraq LTPD-ni müəyyənləşdirib. LTPD beynəlxalq rəqbət üçün elit oyunçuların inkaşf ehtiyaclarına cavab vermək, eyni zamanda hər yaşdan olan futbolçuları bacarıq səviyyələrinə görə fəal həyat tərzi kimi futbola təşviq etmək üçün yaradılıb. Kanadanın İdman Mərkəzələri tərəfindən inkişaf etdirilən Uzun Müddətli İdmançı İnkişafı (LTAD) modeli hazırda bu ölkədə 50 idman təşkilatı tərəfindən qəbul edilir. Proqram 7 mərhələdən ibarətdi.

 

1-ci mərhələ: Fəal Başlanğıc (U-4, U-6 qız və oğlan)
2-ci mərhələ: Əsas Mərhələ (U-6, U-8 qız və U-6, U-9 oğlan)
3-cü mərhələ: Məşq Etməyi Öyrənmə (U-8, U-11 qız və U-9, U-12 oğlan)
4-cü mərhələ: Məşq Üçün Məşq Proqramı (U-11, U-15 qız və U-12, U-16 oğlan)
5-ci mərhələ: Rəqabət Üçün Məşq Proqramı (U-15, U-19 qız və U-16, U-20 oğlan)
6-cı mərhələ: Qazanmaq Üçün Məşq Proqramı (U-18+ qız və U-19+ oğlan)
7-ci mərhələ: Həyat Üçün Hər Yaşda Fəal Olan Kişilər və Qadınlar 

 

Futbol Mükəmməlliyi və Ömür Boyu İştirak Modeli

 

1-ci mərhələ: Başlanğıc – Topa İlk Toxunuş (U-4, U-6 qız və oğlan) 

 

 

Məqsəd uşaqların hərəkət etməsini, fəallığını saxlamaq və onların məktəblərdə, klublarda, istirahət mərkəzlərində, evlərində futbolun təməl bilgilərini öyrənməsi üçün fürsət tanımaqdı. Məqsəd yarışmağa və ya rəqabətə deyil, yetkin və uşaqların birlikdə hərəkət etməsinə yardımı olacaq bir futboldu. Bəsit təməl hərəkətləri (Qaçmaq, sıçramaq, dönmək, fırlanmaq, topa vurmaq və top almaq) öyrənməsi üçün fiziki təhsil proqramları tətbiq olunur. Uşaqlar nisbətən daha yetkinlərlə bərabər topla oynamaqdan zövq almaqda və texniki baxımdan lazımlı alışdırmaları da fərqində olmadan öyrənməkdədi (Top aparma, topa toxunmaq, zərbə vurmaq). Yetkinlərin daha az yaşlı uşaqları oyuna dəvət etməsi, rəqibəlr tərəfindən oyun əsnasında topa toxunmasına və qol vurmasına şərait yaratması oyunçunun uğurlu olması mənasında onu cəsarətləndirir. Uşaqlar maraqlarını itirdikdə, böyüklər tədbirli olmalı və oyuna ara verməlidilər. Bu mərhələdə oyunçular əlavə olaraq fərqli fəallıqlara qatılmalıdı. Fiziki inkişafı və geniş tərkibli təməl hərəkət bacarıqlarını yüksəltmək üçün üzmə və ya bədən tərbiyəsi (futbola xas öyrədici oyun) proqramları təklif olunmalıdı. 

 

2-ci mərhələ: Əsas mərhələ - Topla Əyləncə (U-6, U-8 qız və U-6, U-9 oğlan)

 

 

Bu mərhələdə uşaqlara məşqçilər və müəllimlər tərəfində sərbəstlik yaradılmalı və onları təşviqedici şəkildə əyləncəli öyrənmə mühiti meydana gətirməlidilər. Hərəkətin təməlini təşkil edən çeviklik, özünüidarə, koordinasiya və sürət; qaçma, dönmə, topa toxunuş, topu fırlatma, top almaq kimi önəmli olduğundan fiziki öyrətmə proqramında bunlardan bəhs etmək vacibdi. Topla təmas tərkibli, topu hiss etməyə imkan verən daimi hərəkət məşqləri və oyunlarla əhatələnmiş təhsil verilməlidi (Ötürmə qəbul edərkən topa nəzarəti qazanmaq, top aparma, 25 metrə qədər ötürmə vermə, topu irəliyə vurma, qol vuruşu). Yeniyetmələrin təbii olaraq öz-özünə bağlı olduğunu xatırlamaq vacibdir. Bu üzdən uşaqlar öyrədilərkən təməl taktikaya aid qavramaları qrup içində və dözümlülük tərkibli proqramlarla uyğunlaşdırılmalıdı. Təhsil şərtləri oyunun ən yaxşı şəkildə anlaşılması, qərar qəbul edilməsi və əsas oyun kəşfiyyatının öyrədilməsində rol oynayır. Komandalar bu mərhələdə uşaqların inkişaf xüsusiyyətlərinə uyğun olan 3v3, 4v4 və 5v5 oyun şəklində yaradılmalı və mövsüm 12-20 həftə olmalıdır. Əsas liqanın quruluşu yaradılmalıdır, lakin əsasən, geniş qeyd olunan formatda və əyləncədə vurğulanmalıdır. Qapıçılar da daxil bütün oyun mövqelərində bərabər şəkildə oynamağa çalışmalıdırlar. Bundan əlavə, uşaqlar müxtəlif tədbirlərdə iştirak etməlidirlər. Top oyunları ilə yanaşı, üzgüçülük və yaxşı qurulmuş bədən tərbiyəsi proqramları da təklif edilməlidir.

 

3-cü mərhələ: Məşq etməyi öyrənmək – Öyrənmənin qızıl çağı (U-8, U-11 qız və U-9, U-12 oğlan)

 

 

Bu mərhələdə rol modellərinin təsiri çox vacibdir. Uşaqlar məşhur oyunçular və uğurlu komandalarla özlərini eyniləşdirirlər. Onlar kimi yaradıcı bacarıqları öyrənmək istəyirlər. Bacarıqları göstərmək çox vacibdir və oyunçular  etdiklərinin ən yaxşısını öyrənirlər. Təməl bacarıq təhsili zamanı yüksək xəbərdarlıq səviyyəsinə malik olurlar və mərkəzləşdirmədən qurtulub özlərini tənqid edirlər. Bu da oyunun əsas prinsiplərini və əxlaq-intizam təlimini öyrətmək üçün vacib məqamdı. Təkrarlar texnikanı mükəmməlləşdirməkdə mühüm rol oynayır. Öyrənməyi stimullaşdırmaq üçün daha cəlbedici və əyləncəli bir mühit yaratmaq lazımdı. Bəhs olunan mərhələ sürət, rahatlıq, bacarıqların inkişaf etdirilməsi üçün ən yaxşı vaxtdı və bu xüsusiyyətlərin bədən tərbiyəsi məqsədilə inkişaf etdirilməsinə yönəldilib. Bu mərhələdə texniki məşğələ oyunda, əsasən futbolla əlaqəli hərəkətləri əhatə edən inkişafa yönəlik və konstruktiv şəkildə istiqamətləndirilməldi. Taktiki təlimlər hazırlanarkən, oyunçular meydanda olduqlarına dair bilgiləndirilməlidi. Oyunçulara sadə kombinasiyalar, mövqe tutma, idarəetmə, qaçmalar və zona boşaltmaları öyrədilməlidi. Bu mərhələdə uşaqların inkişaf xüsusiyyətlərinə uyğun olaraq 6v6, 8v8 şəklində komandalar yaradılmalı və mövsüm 16-20 həftə olmalıdır. Sadə bir liqa cədvəli yaratmaq lazımdı. Qapıçılar da daxil olmaqla bütün oyunçular bərabər zamanda və bütün mövqelərdə oynamağa çalışmalıdılar. Bundan əlavə, rəqabət dərəcəsindən asılı olaraq, hər oyun üçün 2-3 arası təlim proqramı keçirilməlidi. 

 

4-cü mərhələ: Məşq üçün məşq proqramı – Elit futbolçu müəyyənləşdirilir (U-11, U-15 qız və U-12, U-16 oğlan)

 

Image result for child football training

 

Bu mərhələdə istedadlı gənclərdən elit futbol komandaları formalaşdırılır. Bu oyunçular uzunmüddətli çempionatları mühafizə etməyi, beləliklə qayğı və narahatlıqların öhdəsindən gəlməyi öyrənirlər. Eyni zamanda bu model üçün hazırlanmış oyunçu risklərdən və problemlərdən qurtulmağı öyrənirlər. Bu mərhələdə, boy uzunluğunun və inkişaf xüsusiyyətlərinin qəfil dəyişməsindən asılı olaraq optimal təlim proqramı tətbiq edilməlidir. Təlim intensivliyi ilə yanaşı bu dövrdə bacarıq təhsili artırılmalıdı. Beləliklə, zehni, mənəvi dözümlülük, o cümlədən konsentrasiyada sağlamlıq yaranır. Belə tədris üsulu öyrətmək üçün mühüm bir yoldu və oyunda tətbiq olunan taktikalar baxımından oyunçuların şüurunu artırır. İdmançılar bu mənada kritik və inadkar olur, amma kollrktivlik baxımından güclü bağlar qurmağa başlayırlar. Fiziki məşqlər; elastiklik, isinmə və soyuma intizamı, çeviklik, aerobik və anaerobik dözümlülük, güc, balans, sabitlik yaradır. Bəslənmə, xüsusi pəhriz bilikləri (əvvəlcədən oyun, oyuna və turnirə xüsusi), zədə, istirahət və bərpadan qorunma ətraflı şəkildə izah olunur. Şəxsi məşq proqramları təşkil edərkən məşqçilər fərdi inkişaf xüsusiyyətlərinə diqqət yetirməlidilər. Fərdi çalışmalarla yanaşı texniki təhsili ortaya qoymaqla qabiliyyətli və bacarıqlı idmançıların qarışıq mövqelərdəki xüsusiyyətlərini inkişaf etdirmək ön planda yer almalıdı. Taktiki təlimlərdə komanda işi, mövqelərdəki vəzifələr və biliklər inkişaf etdirilir, rəqabətə əsaslanan kiçik, o cümlədən böyük meydança oyunları keçirilir. Psixoloji təlimin məqsədi qol mühitinin yaradılmasına, qazanma və uduzmağa, zehni rəqabətin müntəzəmliyinə uyğunlaşdırılmaqdı. Bu mərhələdə uşaqların inkişaf xüsusiyyətlərinə uyğun 8x8, 9x9 və 11x11 şəklində oynayan komandalar formalaşmalı, mövsüm ilboyu olmalı və müvafiq istirahət, o cümlədən bərpa müddəti verilməlidi. Həmçinin, rəqabət dərəcəsindən asılı olaraq, hər oyun üçün 5-12 təlim proqramı həyata keçirilməlidi. U-14 və U-16 beynəlxalq yarışlara qatılacaq regional səviyyəsdə ulduz oyunçuların yer aldığı komandalardan təşkil edilir. Futbol artıq bir çoxlarının əsas məşğuliyyətinə çevrilir.
 
5-ci mərhələ: Rəqabət Üçün Məşq Proqramı – Beynəlxalq səviyyəli oyunçular yetişir (U-15, U-19 qız və U-16, U-20 oğlan)

 

Related image

 

Burda futbolçular artıq ixtisaslaşırlar və bu bacarıqlarılnı müxtəlif rəqabət şəraitində daha da inkişaf etdirməyi öyrənirlər. Bu oyunçuların potensialları öz eforlarıyla, komanda yoldaşlarının dəstəyi və onlara yol göstərən eqoist olmayan məşqçiləri sayəsində inkişaf edir. İnkişafa kömək edən amillər oyun keyfiyyəti, təlim mühiti, zehni, fiziki və texniki qabiliyyətdi. Bu da idmançıların performans limitləri ilə mütənasibdi. Fiziki məşqlər; elastiklik, isinmə və soyuma intizamı, çeviklik, aerobik və anaerobik dözümlülük, güc, balans, sabitlik yaradır. Bəslənmə, xüsusi pəhriz bilikləri (oyuna qədər və oyundan sonra), zədə, istirahət və bərpadan qorunma ətraflı şəkildə izah olunur. Texniki məşqlərin uyğun zamanda həyata keçirilməsi vacibdi. Taktiki təlimlərdə komanda işi, mövqe vəzifəsi və şüuru, oyun təhlili və qiymətləndirmə səmərəliliyi kimi anlayışlar aşılanmalıdı.
Zehni məşqlərə isə konsentrasiya, məsuliyyət, intizam, özünə güvən, fərdi motivasiya qol mühiti hazırlama, qazanma və uduzmağı qəbul etmək, psixoloji dözümlülük, oyun anlayışı kimi faktlar daxil olunmalıdı. Bundan əlavə, idmançılar TV vasitəsilə özlərini inkişaf etdirmək, milli komandanın matçlarını izləməyə təşviq olunmalıdı. FIFA oyun qaydalarına uyğun formada komandalar hazırlanmalı və mövsüm ili əhatə etməli, uyğun istirahət, toparlanma müddəti verilməlidi. Həmçinin, rəqabət dərəcəsindən asılı olaraq, hər oyun üçün 5-12 təlim proqramı olmalıdı. Təlim dövrünün planlaşdırılması zamanı idmançıların sağlamlığı və potensial performansı nəzərə alınmalıdır. Oyunçular yüksək rəqabət əsasında mütəmadi olaraq peşəkar və beynəlxalq matçlarda iştirak etməlidilər.

 

6-cı mərhələ: Qazanmaq Üçün Məşq Proqramı – Dünya çempionatları səviyyəsində oyunçular yetişir (U-18+ qız və U-19+ oğlan)

 

Image result for child football training

 

Bu mərhələdə artıq fiziki, taktiki və psixoloji xüsusiyyətlər tamamilə müəyyən edilmiş və optimal performansa yönəldilmiş proqramlar tətbiq olunur. Şiddəti yüksək olan matçlar sayəsində oyunçuların taktiki təcrübəsi artırılır. Bədən tərbiyəsi özü indi əldə edilmiş profilaktik təlim proqramlarını əhatə edir. Toparlanma dövrü izlənilərək performans yaxşılaşdırılır və sağlamlığı qoruma təlimləri keçirilir. Oyunçuların fiziki, taktiki və psixoloji xüsusiyyətləri tamamilə müəyyən edilir və optimal performansa yönəldilmiş proqramlar tətbiq olunur. Texniki məşqlərdə fərdi üstünlükləri təmin etmək üçün oyunçunun bacarıqları ortaya çıxır. İndi ümumi bacarıqları deyil, mövqe bacarıqları da ön plandadı. Taktiki məşqlərdə oyunu vəziyyətə görə dəyişdirilə bilən planları hazırlanıb. Futbolçular oyun təhlili və liderlik bacarığı sayəsində taktiki dəyişikliklər edə bilir. Zehni təlim prosesində konsentrasiya, liderlik, intizam, məsuliyyət alma, şəxsi etimad və motivasiya, qələbə ruhu yaranır. FIFA qaydalarına uyğun komandalar hazırlanır, mövsüm bütün ili əhatə edir və uyğun istirahət, o cümlədən toparlanma müddəti təyin olunur. Həmçinin, rəqabət dərəcəsindən asılı olaraq, hər oyun üçün 5-12 təlim proqramı tətbiq olunur. Oyunçular yüksək rəqabət əsasında mütəmadi olaraq peşəkar və beynəlxalq matçlarda iştirak edirlər.

 

7-ci mərhələ: Həyat Üçün Hər Yaşda Fəal Olan Kişilər və Qadınlar – Sağlamlıq və hər kəs üçün idman

 

 

İdmançının uzunmüddətli inkişafı modelinin bu mərhələsində onun futbola yalnız istirahət fəaliyyəti kimi yanaşması ortaya qoyulur. Futbolun "Sağlam həyat üçün idman" anlayışına daxil edilməsi zərurəti ön plandadı. Hər yaşlı və bacarıqlı oyunçular uğursuzluğa, uzun müddətə və ya peşəkar məqsədlər üçün oynamağı dayandırır. İdmançının uzun müddətli inkişaf modeli yaşdan asılı olmayaraq qatılmaq istəyənlər üçün futbolu ön plana çıxarır. Həyatın müəyyən dövrlərində əksər iştirakçılar futbola övladları ilə birlikdə qoşulurlar. Bu insanlar yenilikləri əyləncəli və sağlam şəkildə öyrənməyi üstün tuturlar. Bu mərhələdə əsas məqsəd, futbolla birlikdə sağlam və uzun yaşamaqdı. Bu istirahət zamanı oyunçuların fəal həyatlarını futbol oynayaraq, idman idarəçiliyi edərək keçirməsi hədəfə alınır. Bu idmanla məşğul olanlar gələcək karyeralarında məşqçi, hakim, idarəçi kimi fəaliyyət göstərməlidilər.

 

Futbol Mükəmməlliyi və Ömür Boyu İştirak (yekun nəticə)

 

İstedad seçmək və istiqamətləndirmə müddəti hər ölkənin özünə xas mədəni və sosial səviyyəsinə uyğun gəlmədikcə məhsuldar ola bilməz. Uğur üçün bütün faktorların uyğun şəkildə gənclərə təqdim olunması vacibdi. O mənada ki, qazanılan gənc gələcəkdə öz ölkəsində bu çarxın daşlarından biri ola bilsin. Bundan başqa daha çox futbolçunun seçilməli, onların fəal futbol həyatı sona yetdiyində məşqçi, idman könüllüsü, hakim və sair kimi idman adamı olmaları üçün yol açılmalıdı. Klublar xeyli üzv götürərək məşqçilik, geyim, inventar və idmançı üçün maddi dəstək verməlidi. İstedadlı gənclərin məktəblə idmanı birləşdirilməlidi (Keyfiyyətli məşq, yaxşı məktəb proqramı). Burdan da yola çıxaraq 7 mərhələdən ibarət olan “Futbol Mükəmməlliyi və Ömür Boyu İştirak”, yəni Uzun Müddətli Futbolçu İnkişaf Modeli hazırlanılıb.

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

HƏMİD

 

Xəbər xətti