Çempionlar Liqasının 1/8 final mərhələsinin "Beşiktaş" - "Bavariya" cavab görüşündə (1:3) meydana daxil olan pişik gündəmdən düşmür.
Sportal.az xəbər verir ki, son zamanlar sosial aləmdə kreativ layihələr yürüdən "Beşiktaş" yeni ulduzunu tapıb. İstanbul klubu oyuna daxil olan həmin pişikdən yararlanmaq istəyir. Bunun sayəsində "qara qartallar" reklam xarakterli işlərdən yararlanmaq niyyətindədir. Həmin pişiyin axtarışına başlanılıb.
Bu pişiyə görə "Beşiktaş" hətta UEFA-nın nizam-intizam komitəsi tərəfindən cəzalanacaq. Meydana daxil olduqdan sonra hakim oyunu saxlamaq məcburiyyətində qalmışdı.
"Bavariya"nın sosial şəbəkə hesabları həmin pişiklə bağlı müxtəlif fotolar hazırlamışdı və böyük marağa səbəb olmuşdu.
saytlarin hazirlanmasi