Çempionlar Liqasının finalında "Liverpul"un qapıçısı Loris Karius "Real"a 1:3 hesabı ilə uduzduqları oyunda iki kobud səhvdən sonra qol buraxdı. Həmin görüşün ardından almaniyalı qapıçı ölüm təhdidləri də almışdı.
Sportal.az xəbər verir ki, Kariusla bağlı şok xəbər yayılıb. Oyunun gedişində "Real"ın kapitanı Serxio Ramos bilərəkdən Kariusu dirsəyilə vurub və qolkiper həmin zərbədən travma alıb. Bu zərbə onun performansına böyük şəkildə təsir göstərib. Kariusdan testlər götürən həkim Ross Zofonte 24 yaşlı qapıçıya Ramosun dirsək zərbəsinin ciddi şəkildə təsir etdiyini bildirib. Həkim bildirib ki, Karius zərbədən sonra görmə qabiliyyətini xeyli itirib. Bu da onun performansına ciddi şəkildə təsir edib.
Qeyd edək ki, Serxio Ramos oyunun 28-ci dəqiqəsində "Liverpul"un lideri Məhəmməd Salahı da zədələmişdi. Misir millisinin üzvü oyuna davam etməmişdi və göz yaşları içində meydanı tərk etmişdi. Ramos oyundan sonra azarkeşlərdən çoxsaylı təhqir mesajları aldığı üçün özünün və ailəsinin telefon nömrələrini dəyişib.
saytlarin hazirlanmasi