Nazarov da millinin düşərgəsindən zədəli qayıdıb

11:23 - 18 Sentyabr 2018

Almaniyanın "Aue" klubunda çıxış edən Dmitri Nazarovun II Bundesliqanın V turunda "Sankt Pauli"yə qarşı oynamasının səbəbi bəlli olub.

 

Sportal.az xəbər verir ki, Nazarovun zədəsi olduğu üçün matçın iştirak ərizəsinə salınmayıb. Lakin 28 yaşlı futbolçunun zədəsi ciddi deyil və növbəti tura hazır olacaq.

 

Qeyd edək ki, millimizin Millətlər Liqasında Kosovo və Malta ilə oyunlarında Pavel Paşayevlə Emin Mahmudov da zədələnmişdi.

Xəbər xətti