Oskar Tabareslə müqavilə uzadıldı

18:53 - 21 Sentyabr 2018

Uruqvay Futbol Federasiyası millinin baş məşqçisi Oskar Tabareslə müqaviləni uzadıb.

 

Sportal.az xəbər verir ki, 71 yaşlı mütəxəssislə 2022-ci ilə kimi müqavilə bağlanıb.

 

Qeyd edək ki, təcrübəli çalışdırıcı 2006-cı ildən millini çalışdırır. Uruqvay millisi Tabaresin təhbərliyi altında 2011-ci ildə Amerika kubokunu qazanıb. Eyni zamanda Uruqvay millisi 2010, 2014 və 2018-ci illərdə keçirilən dünya çempionatının final mərhələsində iştirak edib və DÇ-2010-da 4-cü yeri tutub.

Xəbər xətti