"Qəbələ"nin "Şerif"lə keçirəcəyi oyunların vaxtı bəlli oldu

15:55 - 22 Sentyabr 2018

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Moldova “Şerif”i ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Çempionlar yolunun I mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.

 

Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

 

Cavab matçı Tiraspolda “Şerif”in kiçik arenasında keçiriləcək. Oktyabrın 24-də baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da veriləcək.

Xəbər xətti