Loris Karius: "Normal şəraitdə o qolları buraxmazdım"

"Liverpul"un "Beşiktaş"a icarəyə verdiyi Loris Karius ötən mövsüm Çempionlar Liqasının finalında kobud səhvlərlə yadda qalmışdı.

 

Sportal.az xəbər verir ki, almaniyalı qolkiper oyun zamanı "Real"ın kapitanı Serxio Ramosun ona dirsək zərbəsi endirdiyini və buna görə üzr istəmədiyini bildirib:

 

"Ramosun məni bilərəkdən vurduğunu deyə bilmərəm. Amma o, məndən üzr istməli idi. Ancaq bunu etmədi. Müayinədən keçdim və bu zərbəyə görə görmə qabiliyyətim oyun zamanı xeyli zəifləmişdi. Mən normal şəraitdə o qolları buraxmazdım".

 

Qeyd edək ki, Ramos ötən il "Liverpul"la finalda Məhəmməd Salahı da zədələmişdi. Misirli ulduz bu səbəbdən oyunu yarımçıq tərk etmişdi.

Tarix: 24 Sentyabr [19:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio