"Kəpəz" derbidə qələbə qazandı

00:44 - 25 Sentyabr 2018

“Kəpəz” yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” Region Liqasında Gəncəni təmsil edəcək “Qoşqar” komandası ilə qarşılaşıb.

 

Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun Birinci Divizion klubunun qələbəsi ilə başa çatıb - 4:1.

 

“Kəpəz”in məşqçilər korpusu Gəncə derbisində əsasən çempionat oyunlarında ehtiyatda qalan futbolçulara heyətdə yer verib.

Xəbər xətti