Təmkin Xəlilzadənin cəzası müəyyənləşdi

12:46 - 25 Sentyabr 2018

Bu gün İntizam Komitəsinin iclası baş tutub.

 

Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının V turunun “Qarabağ” – “Qəbələ” matçının 90+2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırılıb. Bu səbəbdən Təmkin 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

Xəbər xətti