Poqba dilinin bəlasına düşdü: Kapitanlığı alındı, transferə çıxarıldı

"Mançester Yunayted"ın baş məşqçisi Joze Mourinyo komandanın ulduzu Pol Poqba ilə bağlı sərt qərar verib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis fransalı futbolçunun transferə çıxarılmasını rəhbərlikdən istəyib. Bundan əlavə, futbolçularla toplantı edən 55 yaşlı çalışdırıcı Poqbanın bir daha "qırmızı şeytanlar"ın heyətində kapitan olmayacağını bildirib. Əgər sərfəli təkliflər gəlsə, 25 yaşlı yarımmüdafiəçi qışda "Mançester Yunayted"dən ayrılacaq.

 

Qeyd edək ki, Poqba Premyer Liqanın 6-cı turunda "Vulverhempton"la 1-1 hesablı heç-heçə etdikləri matçdan sonra Joze Mourinyonun oyun sistemini tənqid etmişdi.

Tarix: 26 Sentyabr [14:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio