"Zirə"nin zədəlisi məşqlərə başladı

18:12 - 28 Sentyabr 2018

Çempionatda işləri yaxşı getməyən “Zirə” Premyer Liqanın VI turunda səfərdə "Sumqayıt"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"la oyunu zədə səbəbindən buraxan İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.

 

İntizam Komitəsi tərəfindən 1 oyunluq diskvalifiasiya olunan Samir Abasov artıq cəzasını başa vurub və sabiq komandası ilə görüşdə texniki zonada yer alacaq. Sarı vərəqə limitini doldurduğu üçün "Qarabağ"la qarşılaşmada meydana çıxmayan Vüqar Mustafayev də bu tur oynayacaq.

 

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu sentyabrın 30-u, saat 20:00-da "Bayıl Arena"da baş tutacaq.

Xəbər xətti