"Qarabağ" - "Arsenal" matçına neçə bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Arsenal" (İngiltərə) matçına bilet satışı davam edir.

 

Sportal.az Ağdam klubunun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq qarşılaşmaya 37 min bilet satılıb.

 

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir. Biletləri həm “Qarabağ” FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq “iTicket.az” saytından almaq mümkündür.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də, saat 20:55-də başlayacaq.

Tarix: 29 Sentyabr [17:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio