"Qəbələ" - "Şerif": hakimlər açıqlandı

17:07 - 30 Sentyabr 2018

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Moldova “Şerif”i ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq Çempionlar yolunun I mərhələsinin ilk oyununu gürcüstanlı referi Georgi Kruaşvili idarə edəcək.

 

Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq. Cavab matçı Tiraspolda “Şerif”in kiçik arenasında keçiriləcək. Oktyabrın 24-də baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da veriləcək

 

"Qəbələ" - "Şerif"
Baş hakim:
Georgi Kruaşvili
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Zaza Pipia (hamısı Gürcüstan)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).

Xəbər xətti