Qurban Qurbanov: "Heyətdə yeni futbolçular ola bilər"

"Millətlər Liqasına çox ciddi hazırlaşırıq. Dörd oyunumuz var. Əsas diqqətimiz Farer adaları ilə matça yönəlib”.

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
 

Təcrübəli mütəxəssis Millətlər Liqasının növbəti turunda Farer adaları ilə səfər oyununda komandada müəyyən dəyişiklilərin ola biləcəyini vurğulayıb: "Heyətdə yeni futbolçular ola bilər. Hər oyuna ciddi yanaşırıq. Mümkün qədər çox xal toplamaq lazımdır".

 

Qeyd edək ki, milli komanamız oktyabrın 11-də səfərdə Farer adaları, oktyabrın 14-də isə  Bakıda Malta ilə qarşılşacaq.

Tarix: 1 Oktyabr [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio