Millimizin Malta ilə oyununun biletləri satışda

11:14 - 2 Oktyabr 2018

Azərbaycan millisinin UEFA Millətlər Liqasında dördüncü oyununun biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, azarkeşlər oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Malta yığmasına qarşı keçiriləcək matçın biletlərini əldə edə bilərlər.

 

Üç kateqoriya üzrə biletlərin qiyməti 2, 3 və 5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.

 

Bilətlərin satış nöqtələri ASAN 1 (Həsən Əliyev küç.36), ASAN 2 (Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə), ASAN 3 (Abbas Mirzə Şərifzadə 157), 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə"), Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), Köşk 1 (Sahil m. M.Rəsulzadə 3), Köşk 2 (Bül-bül prospekti, Nizami küç.), Köşk 3 (Üzeyir Hacıbəyov küç.69x), Heydər Əliyev Sarayının kassasıdır (Bülbül pr.35).

 

Qeyd edək ki, Azərbaycan – Malta oyunu oktyabrın 14-ü, saat 20:00-da başlayacaq.

Xəbər xətti