Lopeteqidən istefa açıqlaması

15:11 - 7 Oktyabr 2018

"Real"ın baş məşqçisi Julen Lopeteqi La Liqanın 9-cu turunda "Alaves"ə 0-1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis məğlubiyyəti haqq etmədiklərini bildirib:

 

"Məyus olduq. Qalib gəlməyi arzu edirdik. Oyuna yaxşı başladıq və çoxlu qol epizodları yaxaladıq. Daha yaxşı nəticəni haqq edirdik. Məğlubiyyət çox ağır nəticə oldu. Bəxtimiz heç gətirmir. Bu oyunda iki oyunçumuz - Benzema və Beyl zədələndilər. Bu bəxtsizlik futbolçulara psixoloji təsir edir".

 

Lopeteqi "istefa verməyi düşünürsünüz" sualına belə cavab verib: "Belə bir şeyi düşünmürəm. Ən pis halda bu həftəni liderdən 3 xal geri tamamlayacağıq".

 

Qeyd edək ki, "Real" La Liqanın turnir cədvəlində 14 xalla 2-ci yerdə qərarlaşıb.

Xəbər xətti