Dadaşov dubl etdi, komandası 7 qolla qalib gəldi

18:46 - 7 Oktyabr 2018

Portuqaliya Sequndasında 6-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi "Eştoril” səfərdə “Akademika”nı 7:2 hesabı ilə məğlub edib.

 

Dadaşov 65-ci dəqiqədə meydana daxil olub. Renat 71 və 90-cı dəqiqələrdə rəqibi məyus edib.

 

“Eştoril” Sequndanın turnir cədvəlində 6 turdan sonra 12 xalla 4-cüdür.

Xəbər xətti