Qurbanovla “Sumqayıt”dan yubiley

14:36 - 8 Oktyabr 2018

Topaz Premyer Liqasının 7-ci turunun “Səbail” - “Sumqayıt” matçında (2:0) vurulan ikinci qol ikiqat yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, Ruslan Qurbanov Azərbaycan çempionatlarında 35-ci qolunu vurub.

 

Hücumçu buna özünün 170-ci oyununda imza atıb. O, bombardirlər siyahısında Samir Əliyev və Viktor Kulikovla 69-71-ci yerləri bölüşür. “Neftçi”də 19, “Sumqayıt”da 9, “Qəbələ”də 6 dəfə fərqlənən Ruslan “Səbail”də qol hesabını açıb.

 

Bu top “Sumqayıt”ın Premyer Liqada buraxdığı 200-cü səfər qoludur. 117-ci matçda bu qədər qol buraxan komanda orta hesabla 1,71 topa üzülüb.

Xəbər xətti