AFFA rəsmisi Londonda

İngiltərənin paytaxtı London şəhərində, “Stenford Bric” stadionunda “Leaders in sport” sammiti keçirilir.

 

Sportal.az xəbər verir ki, tədbirdə müxtəlif idman növləri üzrə dünyanın bir çox ölkələrini təmsil edən federasiyaların rəsmiləri ilə yanaşı idmana bu və ya digər şəkildə bağlılığı olan tanınmış şirkət və təşkilatların təmsilçiləri də iştirak edir. 2019-cu ildə Bakıda təşkil olunacaq UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının yerli təşkilat komitəsinin üzvləri də sammitdə təmsil olunur.

 

Nümayəndə heyətinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov sammitdə bir sıra rəsmi şəxslərlə işgüzar görüşlər keçirib.

Tarix: 10 Oktyabr [18:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio